anabioz

anabioz
anabazin
anabir
OBASTAN VİKİ
Anabioz
Anabioz — orqanizmin elə halıdır ki, bu zaman canlılarda bütün həyat prosesləri (maddələr mübadiləsi və s.) o qədər zəifləyir ki, görünə bilən həyat təzahürləri yoxdur. "Anabioz" sözü "canlanma" deməkdir: yunan sözlərindən "ana" — "yenidən" və "bios" — "həyat". Bu hadisəni ilk dəfə heyvanlarda 1701-ci ildə hollandiyalı təbiətşünas Antoni van Levenhuk aşkar etmişdir. O, dam novlarından tam quru qumu yığır və şüşə boruda su ilə qarışdırır, sonra isə özünün mikroskopunda baxırdı. Alim bu şüşə boruda aktiv üzən canlı varlıqları — kiçik qurdları (rotatori) gördü. Levenhuk dəfələrlə qumu qurudurdu, lakin qurdlar yenidən canlanma qabiliyyətlərini saxlayırdılar. Anabioz — canlıların təkamül prosesi nəticəsində qazanılmış, xarici mühitin əlverişsiz şəraitindən onların salamat qalması üçün bioloji uyğunlaşmasıdır. Orqanizmlər anabioz halına ətraf mühitin temperaturunun kəskin dəyişməsi, rütubətin yoxluğu və digər səbəblərdən düşürlər. Bu hadisə təbiətdə geniş yayılıb. Bunu viruslarda, mikroblarda, onurğasızlarda, suda-quruda yaşayanlarda, sürünənlərdə, şibyələrdə, mamırlarda və hətta bəzi çiçəkli bitkilərdə müşahidə etmək olar.

Значение слова в других словарях