Anaqlifiya
Anaqlifiya (yun. άναγλύφος; azərb. anaqlif üsulu) - Stereoskopik (həcmi) təsviralma üsulu. Çap formaları hazırlamaq məqsədilə eyni obyektin iki fotoşəkli (ağ-qara) çəkilir. Stereocüt əmələ gətirən təsvirlər iki əlavə rəngə boyanır, yaxud müvafiq işıq süzgəclərindən keçirilməklə ekrana proyeksi yalanır. Məsələn, təsvirin sağ gözə uyğun klişesi qırmızı boya ilə, sol gözə uyğun klişesi isə göy-yaşıl boya ilə basılır. Alınan basmaya qırmızı (sol göz) və göy yaşıl (sağ göz) rənglərdə şüşələri olan eynək lə baxılır. Hər göz “öz” təsvirini boz rəng də görür. Bu iki boz təsvir müxtəlif perspektivdə yerləşdiyindən ağ-qara rəngdə, həcmi və vahid təsvir kimi qavranılır. Anaqlifiyadan ərazilərin həcmi modellərinin yaradılmasında, coğrafi və geoloji xəritələrdə relyefin həcmi təsvirlərinin verilməsində, tədris vəsaitləri üçün həcmi illüstrasiyaların hazırlanmasında, həmçinin stereoskopik filmlərin çəkilişində istifadə olunur.