ANDERRAYTİNQ
is. \[ing. underwriting "imzalama"\] 1. iqt. İnvestisiya kompaniyaları, banklar və iri broker şirkətləri tərəfindən yeni buraxılışlı qiymətli kağızların ilkin bazarda yerləşdirilməsinin yayılmış metodu. Təminatçı və emitet arasında qiymətli kağızların yerləşdirilməsi müqaviləsinin özü və bundan irəli gələn digər həmcins əməliyyatlar da, həmçinin anderraytinqə aid edilir.
2. sığ. Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının vəziyyəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.