anfilada

anfilada
anfelsiya
anfiloda 2021
OBASTAN VİKİ
Qış sarayının Neva anfiladası
Neva anfiladası (rus. Невская анфилада) - Sankt-Peterburqdakı Qış sarayının Neva çayına baxan hissəsində yanaşı yerləşən üç dəbdəbəli mərasim zalından təşkil olunmuş otaqlar seriyasıdır. 1753-cü ildə anfiladanın yerləşdiyi yerdə memar Françesko Bartolomeo Rastrelli tərəfindən beş otaq inşa edilmişdi. Lakin 1790-cı ildə həmin otaqlar sökülərək, yerində memar Cakomo Kvarencinin layihəsi əsasında üç böyük zal tikildi. 1873-cü ildə Qış sarayında baş verən yanğından sonra, zallar Vasili Stasovun rəhbərliyi altında bərpa edilmişdir. Tez-tez balların keçirildiyi zallar imperator sarayının həmişə diqqət mərkəzində olan hissəsi olmuşdur. 1915-ci ildə sonuncu Rusiya imperatoru II Nikolayın göstərişi ilə Neva anfiladası hərbi hospitala çevrilmişdir. 1917-ci il Rusiya İnqlabından sonra sarayın digər otaqları kimi, Neva anfiladası da Ermitajın sərgi zalları kimi istifadə olunmağa başlamışdır. Qış sarayı 1732-ci ildə Çariça I Annanın sifarişi ilə memar Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdir. I Pyotrun kiçik malikanəsi və admiral-general Fyodor Matveyeviç Apraksinin sarayının özülləri əsasında çariça Qış sarayını inşa etdirmişdir.