ankilozavrlar 2021

ankilozavrlar
ankilozavr 2021
anklav
OBASTAN VİKİ
Ankilozavrlar
Ankilozavrlar, zirehli dinozavrlar (Ancylosauria) – quşçanaqlı dinozavrlar dəstəsi. 2 fəsiləsi, 25-dən artıq cinsi, 30-adək növü var. Avropanın Yuxarı Yura və Təbaşir, Şimali Amerika və Mərkəzi Asiyanın, Avstraliya və Antarktidanın Təbaşir çöküntülərindən məlumdur. Rusiyada Amur vilayətinin Təbaşir çöküntülərində aşkar edilmişdir. Bədəninin uzunluğu 2 m-dən 9 m-ədək olmuşdur. Ankilozavrların enli bədəni üstdən lövhələr və ya tikanlar şəklində sümüklərlə (osteodermalar) örtülmüş, bəzi növlərində bunlar bel qurşağı ilə birləşmişdir. Ətrafları qısa və böyükdür. Kəlləsi nisbətən kiçikdir. Çanağın qasıq sümükləri reduksiyaya uğramışdır. Bitkiyeyən quru heyvanları olmuşlar.