Anqanok
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər.
== Sözün mənşəyi ==
Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.
Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər.
Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.