ANTİKLİNORİ

(antiklinal sözündən və yun. orosdağ, yüksəklik) yer qabığının iri və mürəkkəb qırışıq kompleksi. Mərkəzi hissəsinin ümumi qalxması, bəzən də nəhəng intruziv kütlənin daxil olması və qanadlarında üstəgəlmə xarakterli pozulma zonalarının inkişafı ilə səciyyələnir. антиклинорий аnticlinorium
ANTİKLİNAL SİLSİLƏ
ANTROPOGEN
OBASTAN VİKİ
Antiklinori
Antiklinorium
Antiklinorium - geosinklinal sistemlərində Yer qabığının qırışıqəmələgəlmə prosesləri ilə müşayiət olunan qalxması nəticəsində əmələ gələn iri mürəkkəb antiklinal quruluşlu strukturdur. İntensiv qırışıqlıq antiklinorium mərkəz hissəsində müşahidə olunur. En kəsiyi bir neçə antiklinal və sinklinal qırışığın növbələşməsindən ibarətdir. Uzunluğu yüz, eni on km-lərlə ölçülür. Antiklinorium oxu boyu qədim çökəklərə, bəzən böyük intruziya çıxışlarına təsadüf edilir. Yer qabığı Antiklinal Çökək Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.