Aponevroz
Aponevroz (yun. ἀπο — kənarlaşdırmaq, ayırmaq, dönən və ya qayıdan, inkar etmək, bitirmək, çevrilmək + yun. νεῦρον — "damar, vətər, sinir") enli vətər təbəqəsi olub, möhkəm kollagen və elastik liflərdən təşkil olunmuşdur. Enli əzələlərin vətərləri səfhə şəklində olub aponevroz adlanır. Aponevroz bir qədər parıltılı olub ağ gümüşü rəngə çalır. Histoloji quruluşa görə aponevroz vətər ilə eynidir, lakin sinir uclarından və qan damarlarından tam azaddır. Klinik nöqteyi nəzərindən qarının ön divarı, ovuc, arxa bel aponevroyları mühüm əhəmiyyətə malikdirlər.