AQLOMERAT

çökmə, yaxud vulkan mənşəli, adətən cilalanmış iri qaymalı materialların yığımı (vulkan tufları və tufobrekçiyalar). агломерат аgglomerate
AKVATORİYA
ALAS
OBASTAN VİKİ
Aqlomerat (geologiya)
Aqlomerat (lat. agglomera — toplayıram) — müxtəlif böyüklükdə və formada çeşidlənmiş yumşaq süxur və mineral qırıntıları yığınıdır. Aqlomerat adətən bucaqlı iriqırıntılı yumşaq material yığımıdır. Aqlomerat bəzi piroklastik süxurlar, məsələn, vulkanik tuflar və tufobrekçiyalar, əsasən vulkan bombaları yığımı və habelə çökmə mənşəli iri qırıntılı material toplusu da aid edilir. Aqlomerat quruluşu vulkan bombaları, lapillilər və qaymalardan təşkil olunan qırıntılı piroklastik süxurlar quruluşunun növ müxtəlifliyi. Aqlomerat tufu iri ölçülü kövrək vulkan məhsullarının toplanıb sementləşməsi nəticəsində əmələ gələn vulkanik tuf. Qırıntıların ölçüsünə görə qaymalı (>200 mm), kobudqırıntılı (30–200 mm) və iriqırıntılı (1–30 mm) Aqlomerat tufu ayrılır. Sinonim: Vulkanik brekçiya, Eksploziv brekçiya. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Значение слова в других словарях