AQREMAN

is. \[fr. aqrement "təqdir etmək, razılıq vermək"\] siy. Səfir göndərmək qərarına gəlmiş hökumətin göndərəcəyi dövlətdən əvvəlcədən alınan razılıq. Aqreman məxfi şəkildə alınmalıdır. □ Arqeman sorğu – səfirlə bağlı göndərilən sorğu. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər
AQRAFİYA
AQRESSİV
OBASTAN VİKİ
Aqreman
Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.

Значение слова в других словарях