ARİFMOMETR

сущ. автом. арифмометр (вычислительная машина для выполнения четырёх действий)
ARİFMOQRAF
ARİOZO
OBASTAN VİKİ
Arifmometr
Arifmometr (yun. αριθμός — "rəqəm", "hesab" və yun. μέτρον — ölçü) — alman alimi Qotfrid Leybnitsin yaratdığı stolüstü hesablama maşını. == Ümumi məlumat == Toplama, çıxma, vurma, bölmə əməllərinin aparılması üçün işlədilən stolüstü mexaniki və ya elektromexaniki hesablama qurğusu. 15-ci əsrin sonlarında Leonardo da Vinçi 13 mərtəbəli cəmləmə qurğusunun eskizini vermişdir. İlk hesablama maşınları V.Şikkard (1623), B.Paskal (1642) və Q.Leybnits (1672) tərəfindən yaradılmışdır. Arifmometrin istehsalını ilk dəfə K.Tomas Paris şəhərində təşkil etmişdir (1821). 1905-ci ildə alman ixtiraçısı K.Qaman Arifmometri daha da təkmilləşdirmişdi: ədədlərin sayğaca verilməsi və hesablama mexanizminin işə salınması əl ilə və ya elektrik intiqalı ilə həyata keçirilirdi. 20-ci əsrin 70-ci illərində ucuz başa gələn və etibarlı işləyən elektron kalkulyatorların meydana gəlməsi ilə Arifmometr öz əhəmiyyətini itirmişdir. == Tarixi == 1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmış və ondan 90 il ərzində istifadə edilmişdir.

Значение слова в других словарях