arpad
arpakimi
OBASTAN VİKİ
Arpadlar
Arpad sülaləsi (mac. Árpádok) — Orta Avropada qurulan Macar krallığının ilk xanədanlığı (896 – 1301). Uzun illər Kuban çayı bölgəsində yaşayan Macarlar, Peçeneqlərin təzyiqi nəticəsində qərbə köç etdiler. Bu köç olayı sırasında macarların başına Arpat adlı şəxs dayanırdı. Macar boyları, 896-cı ildə bugünkü Macarıstana gələrək burda yerləşdilər. 955-ci ilə qədər Balkanlarda böyük bir dövlet qurdular. Bu dövlet, 955-ci ildə Germanlar tərəfindən yıxıldı. Macar tayfaları X əsrdə xristianlığı qəbul etdilər. Ancaq daha sonra təkrar qurulan Macar krallığında 1301-ci ilə qədər Arpad sülaləsi hökm sürdü. Avropalı tarixçilər və o dönəmki Avropa dövlətləri, özəlliklə Bizanslılar Macar dövlətini "Qərbi Türkiyə" olaraq adlandırmışlar, Macar xanədanına "Türklərin şahzadəsi" olaraq xitab etmişdilər.