arqumentləşmək
arqunovlar 2021
OBASTAN VİKİ
Arqunovlar
Arqunovlar — Rusiya xalqının tanınmış soylarından biri, rus rəssam və memarları ailəsi; qraf Şeremetyevlərin təhkimli kəndliləri. == Soyun yaranması == == Soyun məşhur nümayəndələri == ) İvan Petroviç (1723 və 1728 illər arasında, Moskva – 27.3.1802, Moskva) – portretçi rəssam. "Rus geyimində naməlum kəndli qadın" (1784), memar M. N. Vetoşnikov (1787) və onun arvadının (1786) portretlərini (hər üçü Tretyakov qalereyasındadır) və s. əsərləri yaratmışdır; ) Fyodor Semyonoviç (dekabrın sonları, 1732, S.-Peterburq – təqr. 1768, orada) – memar. İvan Petroviçin əmisi oьlu. S. Peterburqda, ehtimal ki, memar S. İ. Çevakinski ilə işləmişdir (Fontankada Şeremetevlərin evi, 1750–55). Şeremetevlərin Moskva yaxınlıьındakı Kuskovo malikanəsində bir sıra tikililərin: mətbəx fligeli (1755), "Qrot" köşkü (1755–75) və s. müəllifidir; ) Pavel İvanoviç (təqr. 1768, S.-Peterburq – 1806, orada) – memar.