ASFALT

I
сущ. асфальт. Asfalt bişirən варщик асфальта
II
прил.
1. асфальтовый. Asfalt zavodu асфальтовый завод, asfalt gölləri асфальтовые озёра, asfalt məhlulu асфальтовый раствор
2. асфальтированный. Asfalt yol асфальтированная дорога
ASEYSMİK
ASFALT-BETON
OBASTAN VİKİ
Asfalt
Asfalt — xam neftin işlənməsi nəticəsində tərkibində ağır metalların və kükürd olan yan məhsul. Asfalt əsasən yol örtüyü olaraq bəzən də evlərin damlarını möhkəmləndirmək üçün istifadə olunur. Yol infrastrukturasında asfaltdan istifadə edilməzdən əvvəl səth betonla örtülməlidir. == Asfalt benzindən təhlükəlidir == ABŞ-də aparılmış tədqiqatlar göstərib ki, asfaltdan ayrılan və yay günəşi altında qızmış qaz halında ayrılmalar benzin və dizel mühərriklərinin tüstü qazlarından sağlamlıq üçün daha zərərli ola bilər. Yol universitetinin əməkdaşları yoldan götürülmüş bərk asfaltı laboratoriya sobasında qızdıraraq ayrılan maddələri analiz ediblər. Temperatur 40°-dən 60 °C-ə qədər artırıldıqda 12–25 karbon atomuna malik karbohidrogenlərin ayrılması iki dəfə artır. Belə maddələrin çoxu kanserogendir. İsti gündə asfalt 60 °C-ə qədər qıza bilər. Elektromobilə keçdikcə yanan yanacağın tüstü qazların miqdarı yollarda və küçələrdə azalacaq, asfaltın qızması nəticəsində ayrılan qazların təhlükə dərəcəsi artacaq. == Tarixi == Əvvəlcə, XIX əsrdə şəhər küçələri və yolları taxta və daşla döşənmişdir (daş səki).
Asfalten
Asfaltenlər — qatranlar, aromatik karbohidrogenlər və doymuş maddələrlə (məsələn, alkanlar kimi doymuş karbohidrogenlərlə) birlikdə xam neftdə olan molekulyar maddələrdir. "Asfalten" sözünü 1837-ci ildə Boussingault bəzi bitumların distillə qalıqlarının asfaltabənzər xüsusiyyətlərə malik olduğunu gördükdə işlətmişdir. Neft emalı zavodlarından əldə olunan asfalt və ya bitum məmulatları şəklində olan asfaltenlər, yollarda səki materialları, dam örtüklərinin hazırlanması, hidroizolyasiya, binaların bünövrələrində suya davamlı örtüklər kimi istifadə olunur. Asfaltenlər neftin tərkibində olan ən irimolekullu maddələr olub molekul kütlələri 1600–6000-dir. Onlar, ağır və qətranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə görə neft qətranlarına yaxındır, tərkibində 80–86% karbon, 0–9% kükürd, 1–9% oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xassəli amorf maddələrdir, qızdırıldıqda ərimir, 300 C-dən yuxarı temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə asfaltenləri neftdən maye propanla çıxarırlar. == Tərkibi == Asfaltenlər əsasən karbondan (C4-), hidrogendən (H+), azotdan (N), oksigendən (O2-) və kükürddən (S2-), həmçinin az miqdarda vanadium (V) və nikeldən (Ni) ibarətdir.

Значение слова в других словарях