ASİ-KAFİR

bu və ya digər səbəbdən acıqlanmış, bezikmiş, günaha batmış adam.
ASİ
ASKET
OBASTAN VİKİ
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Asi
Asi (عاصی - üsyançı):
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi. Asi 4 may 1923-cü ildə Əntilyas kəndində (Livan, Beyrutdan 10 km şimalda) anadan olub. Valideynləri: Hanna Elias Rahbani və Saadi Saab. Böyüdüyü mühit onun ideya, mövzu və kontekst baxımından bədii zövqünə təsir etməkdə əsas rol oynayıb. O, erkən yaşlarından daha çox qərb musiqisindən bəhrələnirdi. İlk musiqi aləti, skripka, sonra isə fortepianonun incəliklərinə yiyələnmişdir.
Asi çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Səngan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir. Nadir xanın bundan əvvəlki yürüşü Sənganın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı. "Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı. Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı.
Abdulla bəy Asi
Abdulla bəy Əli bəy oğlu Fuladov — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu, İbrahim bəy Azərin kiçik qardaşı və Qasım bəy Zakirin nəvəsi. Abdulla bəy Asi Əli bəy və Nənuş xanımın ailəsində 1841-ci ildə Şuşada anadan olmuşdur. Atası Əli bəy məşhur Azərbaycan şairi Qasım bəy Zakirin oğlu olmuşdur. Bundan başqa, Abdulla bəyin kiçik qardaşları İbrahim bəy Azər və Xudadat bəy Poladov da şair olmuşdur. Erkən yaşda atasını itirdiyinə görə babası Qasım bəy Zakirin himayəsində böyümüşdür. Ailə kökən olaraq Qarabağ xanları nəslindən gəlməkdədir. İlk təhsilini Şuşa şəhərində almış, daha sonradan mədrəsədə təhsilini davam etdirmişdir. Erkən yaşlarından şeirlər yazmağa başlamış və Azərbaycan dilindən başqa, ərəb, fars dillərində də şeirlər yazmışdır. Gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən Çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır.