Abdulla bəy Asi
Abdulla bəy Əli bəy oğlu Fuladov — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu, İbrahim bəy Azərin kiçik qardaşı və Qasım bəy Zakirin nəvəsi.
== Həyatı ==
Abdulla bəy Asi Əli bəy və Nənuş xanımın ailəsində 1841-ci ildə Şuşada anadan olmuşdur. Atası Əli bəy məşhur Azərbaycan şairi Qasım bəy Zakirin oğlu olmuşdur. Bundan başqa, Abdulla bəyin kiçik qardaşları İbrahim bəy Azər və Xudadat bəy Poladov da şair olmuşdur. Erkən yaşda atasını itirdiyinə görə babası Qasım bəy Zakirin himayəsində böyümüşdür. Ailə kökən olaraq Qarabağ xanları nəslindən gəlməkdədir.İlk təhsilini Şuşa şəhərində almış, daha sonradan mədrəsədə təhsilini davam etdirmişdir.
Erkən yaşlarından şeirlər yazmağa başlamış və Azərbaycan dilindən başqa, ərəb, fars dillərində də şeirlər yazmışdır. Gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən Çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır. Mir Möhsün Nəvvabla birgə Şuşada şairlər məclisi kimi fəaliyyət göstərən Məclisi-fəramuşanın qurucusu və aktiv üzvü olmuşdur.