Erodium cicutarium subsp. atomarium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü.
Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.