Attika meşə yanğınları (2018)
Attika meşə yanğınları (yun. Πυρκαγιές στην Αττική) – 23 iyul 2018-ci ildə Yunanıstanın Attika regionunun sahilyanı hissələrində başlayan meşə yanğınları. 25 iyula kimi yanğınlar nəticəsində 81 nəfər ölüb, 187 nəfər (164 yetkin, 23 uşaq) yaralanıb. Bu fəlakət 2007-ci ildə 84 nəfərin ölümünə səbəb olan meşə yanğınlarından bəri Yunanıstandakı ən ölümcül fəlakətdir.
Çoxu sahildə yerləşən Mati qəsəbəsindən olmaqla 700-dən çox sakin təxliyə olunub. Yanğının söndürülməsində 250-dən çox yanğınsöndürmə maşını və 600-dən çox yanğınsöndürən iştirak edir. Baş nazir Aleksis Tsipras Attikada fövqəladə vəziyyət və ölkə üzrə 3 günlük yas elan edib. Albaniya, İtaliya, Almaniya, Polşa, İsrail, Fransa, Rumıniya, Portuqaliya, İspaniya və Kipr Yunanıstana kömək edib və ya təklif edib.
Kipr – Yanğınsöndürmə maşınları və yanğınsöndürənlər.
İsrail
İtaliya – İki ədəd Canadair CL-415 su tankeri təyyarəsi.