AUDİOMULTİRUM
is. \[lat. audīre "dinləmək" + lat. multum "çox" + ing. room "otaq"\] tex. Ağıllı ev sisteminin tərkib hissəsi olan evdə səs siqnallarının paylanması və idarə olunması sistemi. O, virtual ev kitabxanasından, multimedia sistemindən və mənzilin, yaxud da evin bütün sahəsi üzrə yerləşdirilmiş çoxsaylı dinamiklərdən ibarətdir. Quraşdırılmış dinamiklərin sayəsində musiqinin qeybdən gəldiyi təəssüratı yaranır, səs həcmli və keyfiyyətli alınır.; multirum.