auf
I
1. präp. mit D : -in üstündə, -da, -də; das Buch liegt ~ dem Tisch kitab mizin (stolun) üstündədir; ~ der Reise yolda; ~ dem Boden yerdə; ~ der Erde dünyada; ~ der Stelle yubanmadan, dərhal, təxirsiz; 2. mit Akkusativ: -in üstünə; -a, -e; ~ A zu -ə doğru; ~ den Boden yerə; ich lege das Buch ~ den Tisch mən kitabı mizin üstünə qoyuram; er lief ~ ihn zu ona doğru qaçdı; ~ die Post gehen poçtxanaya getmək; ~ alle Fälle, ~ jeden Fall hər halda, necə olur- olsun, hələ-həlbət, mütləq; ~ einmal birdən, gözlənilmədən, ansız, ayın-şayın; biroturuma; ~ e-e Bitte (hin) xahişə görə; ~ aserbaidschanisch azərbaycanca, türkcə; sich ~ etwas freuen qabaqcadan sevinmək; ~s beste olduqca yaxşı; bis ~ ihn ondan başqa; ~ dein Wohl! sağlığına!; ~ dass… ta ki, ondan ötrü ki, ona görə ki; ~ diese Art und Weise bu cür; adv. 1. (Zeit) von klein ~ uşaqlıqdan bəri; 2. ~ und ab gehen aşağı-yuxarı getmək; 3. (offen) açıq olmaq; die Tür ist ~ qapı açıqdır; 4. (noch nicht im Bett) ayıq olmaq, hələ yatmamaq; sich ~ und davon machen vi əkilmək
II
-präp. 1. açılmanı bildirir ( misal üçün aufmachen, aufdrücken) açmaq; 2. qurtarmağı bildirir (misal üçün aufessen, aufbrauchen)
III
sein vi 1. açıq olmaq; 2. (nicht schlafen) yatmamaq, oyaq olmaq