Alice (Avril Lavin mahnısı)
"Alice" (azərb. Alis) — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır.
== Mahnı ==
"Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir.
Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.