Avstromarksizm
Avstromarksizm — XX əsrin əvvəllərində Avstriya Sosial-Demokrat Partiyasında yaranmış cərəyan. Liderləri Otto Bauer, Karl Renner, Maks Adler, Fridrix Adler və başqalarıdır. Neokantçılıqla marksizmin bir növ birləşməsi olan avstromarksizm mədəni-milli muxtariyyət nəzəriyyəsini də irəli sürmüşdür.
Bu cərəyan millilik və milliyətçilik nəzəriyyəsi, onu imperiya kontekstində sosializmlə barışdırmaq cəhdinə görə tanınır.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Bauer, Otto (2000). The Question of Nationalities and Social Democracy. Translated by Joseph O'Donnell, edited by Ephraim J. Nimni. Minneapolis & London: University of Minnesota Press. ISBN 978-0-8166-3265-7. Originally published in German as Die Nationalitätenfrage und die Sozialdemokratie.