Avtarkiya
Avtarkiya — qədim yunan filosoflarının təliminə görə, xarici (o cümlədən maddi) şəraitdən asılı olmamaq. Avtarkiya əsl müdrikin fərqli cəhətidir. Bəzən avtarkiya bir dövlətin digərlərindən siyasi və iqtisadi cəhətdən asılı olmamasını bildirir.