avtometamorfizm

avtometamorfizm
avtomenyu
avtometriya
OBASTAN VİKİ
Avtometamorfizm
Avtometamorfizm – maqmatik kütlənin soyuması zamanı onda baş verən diagenetik dəyişikliklər; süxurların kristallaşması prosesində termodinamik şəraitin dəyişməsi (temperatur və təzyiqin düşməsi), qazlı ərintinin, uçucu komponentlərin, həmçinin postmaqmatik hidrotermal məhlulların üz ana süxurlarına metasomatik təsiri ilə əlaqədardır. Avtometamorfizmya, ənənəvi olaraq, hiperbazitlərin serpentinləşməsi, spilitlərin albitləşməsi, əsas və orta tərkibli vulkanitlərdə baş verən regional metamorfizm ("yaşıldaş" dəyişilmələri) və sair aid edilir.