avunkulat

avunkulat
avuarlar
ay
OBASTAN VİKİ
Avunkulat
Avunkulat (lat. avunculus - dayı) — ana tərəfindən qardaşla (dayı ilə) bacıoğlu arasında hüquq və vəzifələri müəyyən edən adət. Müvafiq əlaqələr cəmiyyətdən asılı olaraq, rəsmi və ya qeyri-rəsmi ola bilər. Patriarxat dövründə bu adət uşaqların ana nəslindən olan qohumlarla əlaqələrini qoruyub saxlayırdı. Bir çox qədim və bəzi müasir xalqlara məlumdur. Avunkulat qədim almanlarda və yunanlarda, hazırda isə Afrika qitəsinin və Okeaniyanın müasir xalqlarında dayı ilə bacıoğlu arasında sıx qohumluq əlaqəsində, habelə dayının öz oğlu ilə müqayisədə bacıoğluna daha böyük qayğı ilə yanaşmasında ifadə olunur. == Avunkulat cəmiyyətlər == Avunkulat cəmiyyətlərdə evli cütlüklər, ənənəvi olaraq, kişinin anasının ən böyük qardaşı ilə birlikdə yaşayırlar. Buna daha çox ana xətti üzrə qohumluq əlaqələrinin hökm sürdüyü cəmiyyətlərdə təsadüf olunur. Belə yaşayış tərzi dünyada mövcud cəmiyyətlərin cəmi 4%-də aşkar olunub. Bu model o zaman mövcud olur ki, hər hansı bir kişi öz statusunu, işini və ya imtiyazlarını ana xətti üzrə ona ən yaxın olan kişi qohumundan əldə edir.