Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çılğın (film, 2000)
Sevgi ehtirası (hind dili: जोश, Rom: Josh) — rejissor Mansur Khan tərəfindən çəkilmiş və 9 iyun 2000-ci ildə nümayiş etdirilən Hindistan kriminal filmidir. Baş rollarda Şah Rukh Khan, Aishwarya Rai, Chandrachur Singh və Sharad Kapoor, köməkçi rollarda isə Priya Gill və Vivek Vaswani oynamışdır. Film West Side Story (1961) musiqili filminin remeykidir. Film ortalama gəlir əldə etmişdir. == Süjet xətti == Ekran əsərində hadisələr bir-birilə ədavətdə olan iki quldur dəstəsinin fəaliyyətdə olduğu kiçik hind şəhərində cərəyan edir. Onlardan birinə Maks Diaz başçılıq edir. İkincisi isə Maksın qatı düşməni Prakaş Şarmanın başçılığı altındadır. Günlərin bir günü Mumbayda iki il işləyib geri dönən Rahul, qardaşı Prakaşa baş çəkir. Doğma şəhərində Şirli adlı son dərəcə cazibədar qadına ilk baxışdan aşiq olur. Şirli ona bu sevgidə qarşılıq versə də, tezliklə Rahul onun qardaşının əzəli düşməni Maksın bacısı olduğunu öyrənir.
Çılğın izdihamdan uzaq
Çılğın İzdihamdan Uzaq (ing. Far From The Madding Crowd) ingilis yazıçı Tomas Hardinin 1874-cü ildə yayımlanmış dördüncü və ən məşhur romanlarındandır.Əsər ilk dəfə Chornhill Magazine adlı jurnalda, aylıq olaraq hissə-hissə yayımlanmış və böyük nailiyyət əldə etmişdir. Müəllif, 1895 və 1901-ci illərdə əsər üzərində əlavə və dəyişikliklər etmişdir. Hardi, romanın adını, ingilis şair Thomas Grayin şeirində keçən 'Far From the madding crowds ignoble strife' cümləsindən götürmüşdür. Müəllifinə böyük şöhrət qazandıran əsər 1915, 1967, 1998 və 2015-ci illərdə filmə də adaptasiya edilmişdir. == Məzmun == Romanın əsas qəhrəmanı Qabriel Oak adlı bir çoban və Bathsheba Everdene adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir. Belə ki, çoban Oak bir fəlakət nəticəsində illərlə əmək sərf edərək əldə etydiyi sürüsünü itirir və özünə iş tapmaq üçün əlində qalan nə varsa sataraq olduğu yerdən köçür.
I Çılğın Xuana
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Çılğın dünya (film, 1995)
Zamaana Deewana (nəstəliq: زمانہ دیوانہ, mənası: Çılğın dünya) Rameş Sippinin rejissorluq etdiyi hind filmidir.[mənbə göstərin]
Çılğın gənclər (film, 2013)
Yeh Jawaani Hai Deewani — rejissor Ayan Mukercinin 2013-cü ildə çəkilmiş filmidir Prodüseri Karan Cohar olan filmin hind dilindən tərcüməsi "Çılğın gənclər" deməkdir. == Süjet xətti == Naina utancaq tibb tələbəsidir. Davamlı oxuyur və həmişə dərslərindən yüksək qiymətlər alır, lakin introvert xarakterinə görə özünü həmişə kənarlaşdırılmış hiss edir. Köhnə sevgilisi Aditi Mehra ilə yenidən görüşü zamanı o başa düşür ki, ona yüksək qiymətlərlə yanaşı, həyatda başqa şeylər də lazımdır. Odur ki, o, heç kimə xəbər vermədən, Himalay dağ silsilələrindəki ekskursiyasında Aditini izləmək qərarına gəlir. Ekskursiya zamanı o, köhnə sinif yoldaşları Kabir "Bunny" Thapar və Avinash "Avi" Arora ilə olan dostluğunu təzələyir.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. == Həyatı == Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir.2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən Qazaxıstandakı Rusiya səfirliyinin birinci katibi olaraq diplomatik işə göndərilmiş, eyni zamanda Astanadakı Rusiya ilə əməkdaşlıq təşkilarının sədr müavini vəzifəsində çalışmışıdr.