Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.
Birləşdirməli çeşidləmə
Birləşdirməli nizamlama(ing. merge sort, ru. сортировка слиянием) -bir neçə çeşidlənən (giriş) siyahının bir (çıxış) siyahıda birləşdirilməsindən ibarət çeşidləmə üsulu. Birinci siyahının ilk elementi götürülür və ikinci siyahının birinci elementi ilə müqayisə olunur; seçim edildikdən sonra elementin seçildiyi siyahının başlanğıcının göstəricisi növbəti elementə keçir və beləliklə, siyahılardan birinin sonunadək hərəkət edilir. Bu metod bir neçə siyahıya tətbiq edilə bilər. Maraqlıdır ki, iş yalnız siyahıların birinci elementləri ilə aparılır. Birləşdirməli çeşidləmə alqoritmi 1945-ci ildə Con fon Neyman tərəfindən icad olunub. Birləşdirməklə nizamlama alqoritmi Con fon Neyman tərəfindən 1945 -ci ildə ixtira edilmiş, parçala və idarə etmə mexanizminə əsaslanan nizamlama alqoritmidir. Alqoritm ən pis, ən yaxşı və orta halda eyni sayda əməliyyat yerinə yetirir, O(n log n). Ən pis halda tutduğu yer isə O(n).
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Leksikoqrafik çeşidləmə
Leksikoqrafik çeşidləmə (en. lexicographic sort) – hərflərin əlifbadakı ardıcıllığına görə sıralama. Leksikoqrafik çeşidləmədə ədədlər, onların sözlə yazılışında hərflərin əlifbadakı yerinə uyğun olaraq düzülür; məsələn, 567 ədədi B hərfinə uyğun bölmədə yerləşir (B – "beş"). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qabarcıqlı çeşidləmə
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Seçməli çeşidləmə
Seçməli çeşidləmə (selection sort, rus. сортировка выбором, seçmeli sıralama – çeşidləmə alqoritmi; bu alqoritmə görə öncə massivin qiyməti ən kiçik olan elementi seçilir, sonra növbəti ən kiçik element seçilir və s. Təcrübədə, ən kiçik qiymətli element massivin axtarış aparılan hissəsinin birinci elementi ilə yerini dəyişir və bundan sonra axtarış massivin yerdə qalan hissəsində davam etdirilir. public static int[] selectionsort(int[] numbers){ for (int i = 0; i < numbers.length-1; i++) { int index = i; for (int j = i+1; j < numbers.length; j++) if (numbers[j] < numbers[index]) //Finds smallest number index = j; int smallerNumber = numbers[index]; //Swap numbers[index] = numbers[i]; numbers[i] = smallerNumber; } return numbers; } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 761 s.
Mərtəbəli çeşidləmə alqoritmi
Mərtəbəli çeşidləmə alqoritmi (en. radix sorting algorithm) - çeşidləməni qruplaşdırılan elementlərlə, onların açarlarının ardıcıl komponentlərinə görə gerçəkləşdirən çeşidləmə alqoritmi. Məsələn, 0-dan 999-dək ədədlərin çeşidlənməsinə baxaq: birinci siyahı yüzlük mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, sonra bu siyahıların hər biri eyni zamanda onluq mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, və nəhayət, bu siyahıların hər biri təklik mərtəbəsinə görə çeşidlənir. Bu alqoritm, adətən, ikilik ədədlərin çeşidlənməsində daha səmərəli olur, çünki siyahılara ayırma, sadəcə, ədədlərin böyük bitlərinin müəyyənləşdirilməsiylə aparılır, siyahıların sayı isə heç vaxt ikidən artıq olmur. Mərtəbəli çeşidləmə alqoritmi (C dilində): include <stdio.h> define MAX 5 define SHOWPASS void print(int *a, int n) { int i; for (i = 0; i < n; i++) printf("%d\t", a[i]); } void radixsort(int *a, int n) { int i, b[MAX], m = a[0], exp = 1; for (i = 0; i < n; i++) { if (a[i] > m) m = a[i]; } while (m / exp > 0) { int bucket[10] = { 0 }; for (i = 0; i < n; i++) bucket[(a[i] / exp) % 10]++; for (i = 1; i < 10; i++) bucket[i] += bucket[i - 1]; for (i = n - 1; i >= 0; i--) b[--bucket[(a[i] / exp) % 10]] = a[i]; for (i = 0; i < n; i++) a[i] = b[i]; exp *= 10; #ifdef SHOWPASS printf("\nPASS : "); print(a, n); #endif } } int main() { int arr[MAX]; int i, n; printf("Enter total elements (n < %d) : ", MAX); scanf("%d", &n); n = n < MAX ? n : MAX; printf("Enter %d Elements : ", n); for (i = 0; i < n; i++) scanf("%d", &arr[i]); printf("\nARRAY : "); print(&arr[0], n); radixsort(&arr[0], n); printf("\nSORTED : "); print(&arr[0], n); printf("\n"); return 0; } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.