Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Şəmkirdə Su-25 qəzası
Şəmkirdə Su-25 qəzası — 3 mart 2010-cu ildə Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı qəza. Azərbaycan Hərbi Hava Qüvvələrinə aid "Su-25" təyyarəsi 3 mart 2010-cu ildə saat 17.00 radələrində qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Təlim məqsədilə havaya qalxsa da, qanadında yaranmış nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəzaya uğramış "Su-25" son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tbilisi Aviasiya Zavodunda istehsal olunub.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.
Çekdirmə
Çekdirmə və ya Çekdirme — türkmənlərin milli yeməklərindən biri. Bu Yemək qazanda bişirilir. Hazırlanması üçün düyü, quzu əti, dövmə pomidor və soğan, yağ, su, duz və istiot istifadə olunur. Xırda-xırda doğranmış soğanları qovurduqdan sonra xırda doğranmış ətləri qızardırlar, sonra dövmə pomidor əlavə edirlər. Sonra suyu əlavə edib əti qaynamağa buraxırlar. Sonra su ilə örtülməli olan düyü tökürlər. İstiliyi azaldırlar və düyü bişənə qədər yeməki tərk edirlər.