Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cütləşmə
Cütləşmə — zooloji baxımdan iki fərdin vəhtədi nəticəsində yaranır. Cütləşmə zamanı bir fədin bədənində hasil olunan Sperma digər fədin daxilinə axır. Bu zaman yumurtalığa daxil olan olan maye bir və ya bir necə yumurtalığı mayalandırır. Nəticədə isə dişi fərdin bətnində döl əmələ gəlir. Bəzi canlılarda çütləşmə təmas olmadan belə baş verə bilir. Məsələn: balıqlarda kürünün mayalanması suda baş verir. Hermofrodid canlılarda mayalanma elə bir fərdin daxilində baş verir. Bu proses İnstinktiv olaraq baş verir. Bəzi canlıların bədənindən qoxu gəlir. Bu proses öncəsi dişilərin cinsi orqanlarında müəyyən proselər baş verir.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: x α x α = ∑ α = 0 m x α x α {\displaystyle x^{\alpha }x_{\alpha }=\sum _{\alpha =0}^{m}{x^{\alpha }x_{\alpha }}} Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Azərbaycanda Yeniləşmə Hərəkatı (kitab)
Azərbaycanda Yeniləşmə Hərəkatı (türk. Azerbaycan'da Yenileşme Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1966-cı ildə Ankarada türk dilində nəşr olunmuş əsəri. == Məzmun == "Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin nə qədər inkişaf etmiş olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırkı mədəniyyəti, incəsənəti rusların əsəridir"… "Halbuki ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki bugünkü Qərb düşüncəsində, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər, ya da necə mədəni hesab oluna bilər? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz despotik və zülmkar rejim idi.