Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çapıqlı (Bicar)
Çapıqlı (fars. چپقلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çapıqlı (Qoşaçay)
Çapıqlı (fars. جبک لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Aşıqlıq
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Qapılıq (Mərənd)
Qapılıq (fars. قاپولوخ‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 548 nəfər yaşayır (120 ailə).
Baba xan Çapışlı
Baba xan Çapışlı, (ya:Çavuşlu/Çapışı) Nadir şah Əfşarın yoldaşı və sərkərdələrindən. == Həyatı == Baba xan Çapışlı, Çavuşlu oymağından idi ki, Şah Abbasın əmri ilə Özbəklərin basqınlarının qarşısını almaq üçünAzərbaycandan Xorasana köçürülmüşdürlər və Əbivərd və Kəlat məntəqələrində məskunlaşdırılmışdırlar. Babaxan, Mehmandust savaşında ki Nadir və Əfqanların qoşunları arasında baş verdi, özündən kifayət və cəsarət göstərdi və II Şah Təhmasib, Nadirin bir neçə sərkərdəsi ilə birlikdə onu təqdirləndirdi. Nadir şah Əfşarın Muğanda tacqoyma zamanı, Babaxan onun hakimiyyətə çatmasının tərəfdarı olmuşdur. Nadir şah hakimiyyətə yetişəndən sonra Luristan və Heratın bəylərbəyi olmuşdur. O, Buxarada Əbülfəzl xan Özbəkin qoşunun məğlub etdi, amma sonra Şəlavək(Şəlduk) qalasına baxarkən güllə ilə öldürüldü və Məşhəddə dəfn oldu. == Ailəsi == Baba xanın Behbud xan adlı oğlu vardı.
Çarıqlı milyonçu (film, 1983)
Çarıqlı milyonçu- 1983-cü il istehsalı komediya janrında film. Filmin rejissoru Qartal Tibet, ssenaristi isə İhsan Yücedir. Filmin baş rolunda Kamal Sunal və Nəcla Nazır ifa edir.
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Оnlar Gəmiqaya petroqliflərində оduğu kimi insan, hеyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. hеyvan təsvirləri kеçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti kеçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çохu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müхtəlif işarələrlə, damğalarla birlikdə vеrilmişdir. Aşkar оlunmuş bеlə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ kеçisi və tısbağa təsvir olunaraq insanların dini-idеоlоji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə hеyvan və astral rəsmləri ilə birlikdə vеrilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda kеçi, оnun arхasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.