Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çarpanak adası
Çarpanak adası (türk. Çarpanak Adası; erm. Կտուց կղզի) — Van (Türkiyə) gölündə kiçik bir ada. Adada XV əsr erməni kilsəsi Ktuts (xarabalıqları) yerləşir. Ada hazırda yaşayış mövcud deyil.
Anna Çapman
Anna Vasilyevna Çapman (rus. А́нна Васи́льевна Ча́пман; 23 fevral 1982, Volqoqrad) — rus agenti. == Bioqrafiya == ABŞ hakimiyyət orqanlarına əsasən, Çapman, Anna Vasilyevna Kuşçyenko adıyla Volqoqradda anadan olmuş və atası Sovet səfirliyi ilə Keniyanın paytaxtı Nayrobidə məşğul olmuşdur.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çarpaz məzənnə
Çarvak gölü
Çarvak gölü (özb. Chorvoq; fars. چهارباغ‎, Char bagh – "dörd bağ") — Özbəkistanın Daşkənd vilayətinin şimal hissəsindəki Bostanliq rayonundakı su anbarı, Ugam (şimal), Pskem (şərqdə) və Chatkal (cənub) silsilələri. Su anbarı, Tuncu Şan dağlarının qərbindəki Pskem, Ko'ksu və Chatkal çaylarının birləşməsindən bir qədər aşağı məsafədə yerləşən Chirchiq çayı üzərində 168 m (551 fut) yüksəklikdə bir daş bənd (Çarvak su-elektrik stansiyası) tikməklə yaradılmışdır. Suyun əsas həcmini təmin edir. Hər üç çay birbaşa Çarvaka axır. Anbarın tutumu 2 km3 (0,48 kub mil) təşkil edir. Çarvak gölü, Chirchiq çayında hazırlanan bir neçə su anbarının ən üstüdür. Aşağıdan daha kiçik əraziyə sahib olan Xodjikent su anbarı və Qazalkent su anbarı var. Bəndin inşasına 1964-cü ildə başlanılmış və 1970-ci ildə başa çatdırılmışdır.
Çarpaz sindromlar
Çarpaz sindromlar (ing. overlap) – xəstədə altı klassik sistem autoimmun revmatik xəstəliklərdən (SLE, SSk, PM, DM, RA və ŞS) birdən çoxunun diaqnostik əlamətləri üstünlük təşkil edir. Bu sindroma aid olan ŞS daha digər xəstəliklərlə assosiasiya olur: birincili biliar sirroz, nekrozlaşan vaskulit, autoimmun tireodit, xroniki aktiv hepatit, qarışıq krioqlobulinemiya, hiperqammaqlobulenemik purpura. Yüksək titrli U-1 RNT assosiasiya olmayan digər çarpaz sindromlar vardır: SLE+PM; SLE+seropozitiv RA; SSk+miozit.
Roan Çapman-Deyvis
Roan Çapman-Deyvis (4 sentyabr 1991) — Avstraliyalı fristaylçı. Roan Çapman-Deyvis Avstraliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Roan Çapman-Deyvis birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Deyvis ümumilikdə 73.96 xal toplayaraq öz cığırında 17-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Çarpaz düz xətlər
Bir müstəvi üzərində yerləşməyən iki düz xətt. Əgər a {\displaystyle a} və b {\displaystyle b} düz xətləri çarpazdırsa, onda yalnız bir cüt paralel α {\displaystyle \alpha } və β {\displaystyle \beta } müstəviləri var ki, a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β . {\displaystyle b\subset \beta .} Eyni zamanda sonsuz sayda perpendikulyar müstəvilər cütü var ki, onlardan biri a {\displaystyle a} düz xəttindən, digəri isə b {\displaystyle b} düz xəttindən keçir. Əgər α ‖ β {\displaystyle \alpha \|\beta } , a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β {\displaystyle b\subset \beta } olarsa, ondabu iki paralel müstəvi arasındakı məsafə a {\displaystyle a} və b {\displaystyle b} çarpaz düz xətləri arasındakı məsafəyə bərabərdir. a {\displaystyle a} və b {\displaystyle b} düz xətləriin çarpazlığı " a − b {\displaystyle a-b} " kimi işarə olunur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.