Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaybasar
Çaybasar — Çay dərəsinin gursululuq dövründə su basan nisbətən düzən dib sahəsinə deyilir.
Çaybasar (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
Çaybasar (Puldəşt)
Çaybasar (fars. دهستان چايپاسارشرقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin qərbindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.132 nəfər yaşayır (1.214 ailə).
Qalacıq (Şimali Çaybasar)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı, Çaybasar-i Şimali dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).
Ayıbasar
Ayıbasar — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ayıbazar çayının (Şəlvə çayının qolu) kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Əsli Aybazardır. Yaşayış məntəqəsi meşəlikdən zolaq şəklində ayrılmış sahədədir. Tədqiqatçılara görə, oykonim ayı (heyvan adı) və bazar (satış yeri; bolluq olan yer) sözlərindən düzəlib, "ayı bol olan yer; ayının satışa çıxarıldığı yer" deməkdir. Əslində isə, kəndin adı keçmişdə bu ərazidə ayda bir dəfə təşkil olunan bazarla əlaqədar yaranmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Atbasar
Atbasar — Akmola vilayətində şəhər. Jabay çayının (İşim çayının qolu) sağ sahilində, Nur-Sultandan 229 km qərb-şimal-qərbdə və Kokşetau regional mərkəzindən 196 km cənubda yerləşir. == Coğrafiyası == Coğrafi olaraq, Atbasar xəttin kəsişməsində 51 dərəcə 49 dəqiqə şimal enlemi və 68 dərəcə 21 dəqiqə şərq uzunluğu, dəniz səviyyəsindən 290 m yüksəklikdə (şəhər mərkəzi) mərkəzində Akmola bölgəsinin qərb hissəsində Şimali Qazaxıstan. Atbasarda əsl günorta saat 13.26-da (UTC + 6) baş verir, yəni cari vaxtla yerli günəş saatı arasındakı uyğunsuzluq +1 saat 26 dəqiqədir. Müqayisə üçün, əsl günorta olur: Ust-Kamenogorskda 12.30, Nur-Sultanda - 13.14, Kokshetauda - 13.22, Kostanayda - 13.46. Son tam günəş tutulması Atbasarda 31 İyul 1981 və 29 Mart 2006 tarixlərində müşahidə edildi. Son tam ay tutulması 27 iyuldan 28 iyul 2018-ci il gecə Atbasarda baş verdi. Atbasarda 1 iyun 2030-cu il tarixdə günəş tutulması müşahidə edilə bilər. Növbəti tam günəş tutulmaları Qazaxıstan ərazisində 11 iyun 2048 (Aktau), 30 aprel 2060 (Çimkent) və 20 aprel 2061 (Uralsk, Aktobe) tarixlərində müşahidə edilə bilər. == Tarixi == 1843-cü ildə Qərbi Sibir general qubernatoru Qorçakov istehkam nöqtəsi yerinə Atbasar kəndinin tikilməsini təklif etdi.
Çabahar
Çabahar — İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib. == Əhalisi == Əhalinin əksəriyyəti bəluclardır. == Dil və məzhəb == Çabahar əhalisi Bəluc dilində danışır və əsasən sünni müsəlmandırlar.
Çabahar şəhristanı
Çabahar şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çabahar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 214,017 nəfər və 41,532 ailədən ibarət idi.
Çabahar palçıq vulkanları
Çabahar palçıq vulkanları — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanında yerləşən palçıq vulkanları. Palçıq vulkanı, Çabahar şəhristanının şimali qərbində kəhir adlı geniş bir düzənlikdə yer alıb və palçıq atmaq ilə yanaşı yüksələn qazdır ki, yer altında yaranıb.
Əliqulu Cabbadar
Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır. == Həyatı == Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir.
Mehmet Kənan Dalbaşar
Mehmet Kənan Dalbaşar (türk. Mehmet Kenan Dalbaşar; d. 1886, İstanbul, Osmanlı İmperiyası – ö. 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. == Həyatı == Osman Nuri bəyin oğludur. 1900-cu ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1909-cu ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1912-ci ildə oranı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. == Mükafatları == Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Məhməd Kənan Dalbaşar
Mehmet Kənan Dalbaşar (türk. Mehmet Kenan Dalbaşar; d. 1886, İstanbul, Osmanlı İmperiyası – ö. 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. == Həyatı == Osman Nuri bəyin oğludur. 1900-cu ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1909-cu ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1912-ci ildə oranı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. == Mükafatları == Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.