Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çoxayaqlılar
Çoxayaqlılar (lat. Myriapoda) — Buğumayaqlılar tipinə aid yarımtip. Çoxayaqlıların 10500-ə qədər növü vardır. Bütün çoxayaqlılar rütubət bol olan yerlərdə - meşə döşənəyində, daşların altında, torpaqda və çürümüş oduncaqda yaşayırlar. Onlarda (bəzi növlər müstəsna olmaqla) kutikulanın rütubət keçirməyən xarici qatı - epikutikula olmur. Bədən ölçüləri 2 mm-ə qədər, nəhəng skolopendralar 26,5 sm, tropik ikicütayaqlılar (Graphidostreptus didas) daha iri – 28 sm uzunluqda ola bilər. Çoxayaqlıların bədəni iki hissədən – baş və buğumlu gövdədən ibarətdir. Baş akrondan və 4 gövdə buğumunun birləşməsindən əmələ gəlmişdir. Başda bir cüt bığcıq və üç cüt ətraf vardır.Bu ətraflar ağızın yaında yerləşərək bir cüt üst çənə və iki cüt alt çənələrdən ibarətdir. İkicütayaqlılarda (Kivsyak ) ağız aparatı birinci cüt alt çənələrdən məhrumdur, alt çənələrin ikinci cütü isə birləşərək, qnatoxilyariya adlanan mürəkkəb quruluşlu tək lövhə əmələ gətirmişdir.
Çoxamaclı dil
Çoxamaclı dil - (ingiliscə general-purpose language, rusca универсальный язык) – Ada, Pascal, C, Forth və BASIC kimi ən müxtəlif məqsədlər və tətbiq sahələri üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. Bununla da universal dillər, yalnız verilənlər bazasında istifadə üçün nəzərdə tutulmuş SQL kimi dillərdən fərqlənir. Program - hər hansı məsələni həll etmək üçün kompüter dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün kompüterdə proqram yazırıq. Proqramlaşdırma dili - proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar: Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic. Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
Onayaqlı xərçəngkimilər
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.