Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oronim
Oronim (yun. ὄρος — dağ, yun. ὄνομα — ad) — yerin hər hansı formasına — həm qabarıq (dağ, dağ silsiləsi, təpə), həm də çökəkliyə (yarğan, dərə, vadi, ova) verilən xüsusi ad. Подольская Н. В. Словарь русской ономастической терминологии / Отв. ред. А. В. Суперанская.. — Изд. 2-е, перераб. и доп. — М.: Наука, 1988.
Paraamblyseius ogdeni
Paraamblyseius ogdeni (lat. Paraamblyseius ogdeni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.