Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ödənişli gey
Ödənişli gey — çox vaxt heteroseksual olan kişi və ya qadın aktyorları, pornoqrafik ulduzları və ya seks işçilərini ödəniş müqabilində homoseksual kimi fəaliyyət göstərmələrini ifadə edən termindir. İngilisdilli eləcədə bir çox digər mənbələrdə Gay-for-pay kimidə adlanır. Termin digər peşələrə və hətta gey demoqrafik təbəqəyə müraciət etməyə çalışan şirkətlərə də şamil edilmişdir. 1969-cu ildə Stonewall iğtişaşları müasir Amerika homoseksual hüquqları hərəkatına başladıqdan sonra homoseksual olmaq və ya belə etiketlənmək stiqması davamlı olaraq aşınıb. 1990-cı illərdə əsas kino və televiziya aktyorları homoseksuallığı təsvir etməyə daha çox həvəsli olublar, çünki onların karyeralarına qarşı hər hansı reaksiya təhlükəsi azalmış və cəmiyyətin gey və lezbiyanları qəbul etməsi artmışdır.. Gey pornoqrafiya sənayesi peşəkar aktyorlarla yanaşı həvəskarları da “ödənişli qey” adı altında pul və ya cinsi maraq müqavilində onları eyni cinsdən olan cinsi fəaliyyətlərlə cəlb edir. Əslində homoseksual və ya biseksual olan bəzi aktyorlar "əlçatmazların cazibəsi" adı ilə birbaşa olaraq bazara çıxarılır. Çünki heteroseksual kişilər başqa kişilərlə cinsi əlaqədə olmaq üçün bakirdirlər. Təqdiqadçı Kamill Paqlia bildirib ki, "gey olmayan şəxlərin şirnikləndirilərək qey rolları ifa etməsi qey pornosunda yüksək erotik motivdir". Həmçinin antropoloq Uilyam Leap da eyni şəkildə yazmışdır: "Əksər gey kişi pornosunda gənc, əzələli və çoxda tanınmayan insanlar daha çox axtarılır və tələb olunur." Bəzi homoseksual kişilər heteroseksual kişiləri fantaziya obyekti hesab etdikləri üçün bəzi gey porno prodüserləri satışları və məhsullarının reklamını artırmaq üçün demək olar ki, bəzi qey aktyorları heteroseksual kimi təqdim edirlər.
Ödənişli körpü
Ödənişli körpü, istifadəsi üçün pul rüsumu (və yaödəniş) tələb edilən körpüdür . Adətən körpünün sahibi olan özəl və ya ictimai qurucu, yaxud körpünün qoruyucusu qoyduğu investisiyanı bərpa etmək üçün ödənişli yollarda olduğu kimi keçid üçün sürücülərdən rüsum alır.
Komissiya ödənişi
Komissiya ödənişi (komissiya haqqı) — cəmiyyətdə iqtisadi münasibətlərin müxtəlif sahələrində istifadə olunan iqtisadi və hüquqi termin. Komissiyanı kommersiya əməliyyatında, əməliyyatda vasitəçi kimi işləmək üçün ödəniş adlandırmaq olar, adətən əməliyyat məbləğinin faizi kimi hesablanır. Həmçinin, bu termin müəyyən bank əməliyyatlarını həyata keçirərkən bank tərəfindən tutulan komissiya xidmətlərinin ödənilməsinə aid edilir. == Komissiya müqaviləsində komissiya haqqı == Ödənişlər çox vaxt gəlirin faizindən istifadə etməklə hesablanır ki, bu da firmalara işçilərin maraqlarını firmanın maraqları ilə uyğunlaşdırmağa çalışaraq əsas agent problemini həll etməyə imkan verir. Bununla belə, mənfəətə əsaslanan yanaşmalar və ya mükafata əsaslanan yanaşmalar kimi faizlərdən başqa modellər mümkündür. Komissiyalar satış işçilərinə yalnız saatlıq və ya satış cəhdlərinə görə deyil, satılan məhsul və ya xidmətlərə görə (qismən və ya tam) maaş almağa imkan verir. Komissiya sistemlərinin bir çox növləri olmasına baxmayaraq, ümumi xərclərin idarə edilməsi üçün ümumi metodologiya hədəf gəlir kimi tanınır. Hədəf qazancları satıcının əsas əmək haqqı və gözlənilən komissiyalardır (satıcının kvotaya cavab verdiyini nəzərə alaraq). Qazanc hədəfləri satıcılara şirkətin məqsədlərinə cavab verdikləri təqdirdə gözlənilən ümumi kompensasiyanı təxmin etməyə kömək edir. Əsas və agentin maraqlarını uzlaşdırmağın ən geniş yayılmış yollarından biri agentin fəaliyyətini izləyən stimulların işlənib hazırlanmasıdır.
Transfert ödənişi
Transfert ödənişi və ya köçürmə ödənişi (ing. transfer payment) — hökumət və ya şirkət tərəfindən ev təsərrüfatına və ya şirkətə pul (mallar, xidmətlər) ödəməsi, bunun müqabilində ödəyici birbaşa mal və ya xidmət almır. K.R. Makkonnell və S.L. Bryuya görə köçürmə ödənişi dövlət və ya şirkət tərəfindən ev təsərrüfatına və ya şirkətə pul (mal və ya xidmətlər) tərəfindən ödənilən ödənişdir, bunun müqabilində ödəyici birbaşa mal və ya xidmətləri almır. Bir sıra iqtisadçılar dövlət transfert ödənişini dövlət tərəfindən vətəndaşlara əvəzsiz ödəmə kimi müəyyən edirlər K.R. Makkonnell və S.L. Bryuya görə dövlət satınalmaları və transfer ödənişləri müxtəlif təsirlərə malikdir: dövlət satınalmaları birbaşa olaraq resursları istehlak etdiyindən və əldə edilən məhsul daxili məhsulun bir hissəsini təşkil etdiyindən, “tam” fəaliyyət formasıdır; köçürmə ödənişləri “tam olmayan” fəaliyyət formasıdır, çünki onlar özləri resursları mənimsəmirlər və istehsalla əlaqəli deyillər, yəni ölkənin ÜDM-inə daxil edilmirlər. Dövlət satınalmaları resursları özəl sektordan əmtəə istehlakına yenidən bölür, transfer ödənişləri isə özəl sektorun mal istehsalının strukturunu dəyişir. Dövlətin iqtisadiyyata müdaxiləsinin nəticələri dövlət satınalmaları ilə müqayisədə transfer ödənişlərində daha az nəzərə çarpır.
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s. Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü.