Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Öncəgörmə
Öncəgörmə beş hiss orqanının (paranormal) köməyi olmadan canlı və cansız cisim və hadisələrin aşkarlanmasına verilən addır.
Öncəgörmə (film, 1993)
Öncəgörmə (rus. Предсказание) — rejissor Eldar Ryazanovun 1993-cü ildə Rusiya və Fransanın birgə istehsalı ilə lentə aldığı film. == Məzmun == Hadisələr 1990-cı illərin əvvəlində Moskvada cərəyan edir. Qaraçı qadın orta yaşlı yazıçının taleyi ilə bağlı öz öncəgörmələrini deyir: onu gözlənilməz görüş, böyük sevgi və tələsik ölüm gözləyir. Öncəgörmə həyata keçməyə başlayır: qəhrəman öz gəncliyi ilə qarşılaşır və əsl məhəbbətini tapır. Həyatının sonuncu günlərini yaşayaraq öz keçmişini canlandırır və yenidən mövcud olmağının itirilmiş mənasını əldə edir. == Film haqqında == Film Eldar Ryazanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. bu povest ilk dəfə 1992-ci ildə "Gənclik" jurnalının birinci və ikinci nömrəsində dərc edilmişdi. Əsas qəhrəman Oleq Vladimiroviç Qoryunov rejissorun özünün prototipidir. Filmin premyerası məşhur "Kino Evi"ndə keçmişdir.
Gecəgörmə cihazı
Gecəgörmə cihazı — obyektlәri onların mәxsusi vә ya әks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görә qaranlıqda, yaxud zәif işıqlandırılmış şәraitdә tapmaq vә müşahidә etmәk üçün cihaz. İş prinsipi obyektin İQ şüalardakı tәsvirinin görünәn tәsvirә çevrilmәsinә әsaslanır. Gecəgörmə cihazlarının әsasını İQ şüaların qәbuledicisi, güclәndirici vә tәsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinә yetirәn fotoelektron cihaz tәşkil edir. Mәnbәdәn (işıqlanan gecә sәması, ulduzlar, ay vә s.) gәlәn şüalar obyektdәn әks olunaraq gecəgörmə cihazının obyektivinә düşür vә obyektin gözlә görünmәyәn tәsvirini (“portretini”) yaradır; bu “portret” qәbuledicidә görünәn tәsvirә çevrilir. Passiv (tәbii gecә işığında işlәyir) vә aktiv (adәtәn, İQ diapazona yaxın işıqlandırma ilә işlәyir) gecəgörmə cihazları olur. Elektron-optik çevirici vә ya onun analoqu – fotohәssas inteqral sxem әsasında hazırlanan gecəgörmə cihazları daha geniş yayılmışdır. Konstruktiv cәhәtdәn gecəgörmə cihazları monokl, binokl, müxtәlif silahların nişangahı, eynәklәr, hәmçinin fotokamera vә videokamera şәklindә hazırlanır; enerji mәnbәyi kimi akkumulyatorlar işlәdilir. Bütün gecəgörmə cihazları tozdan vә nәmdәn qoruyan hermetik zәrbәyәdavamlı gövdәyә malikdir. Gecəgörmə cihazları, әsasәn, hәrbi vә kәşfiyyat aparatlarında, hәmçinin ov, xilasetmә әmәliyyatları, gecә foto vә video çәkilişlәri, görünmә dәrәcәsi aşağı olan şәraitlәrdә gәmi vә avtomobillәrin idarә olunması zamanı tәtbiq edilir.