Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçtaylı qapaq
Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
Uçaklı (Arxangel)
Uçaklı (başq. Уҫаҡлы, rus. Усаклы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Bakaldı): 15 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (49%), ruslar (40%) üstünlük təşkil edir.