Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suaşıran
Suaşıran — axının məcrasında yerləşən və üzərindən su axıb tökülən maneə (astana). Yalında (qurğunun yuxarı kənarında) xüsusi düzəldilmiş basqısız deşik və ya gözdən su axıb tökülən divar da suaşıran adlanır. Meliorasiya və hidrotexnikada külli miqdarda su buraxmaq, hidrometriyada isə kiçik su sərflərini ölçmək üçün tətbiq olunur. Divarın uzununa profilinin görünüşünə görə nazik divarlı, praktiki (təcrübi profilli və enli astanalı, məcrada yerləşməsinə və yalının planda görünüşünə müvafiq olaraq düz, çəp, əyrixətli və s. suaşıranlar var. Suyun axıb tökülmə şəraitinə görə suaşıranlar vakuumlu, vakuumsuz, yandan sıxılan, yandan sıxılmayan, suya batmış və batmamış olur.
Surşcan
Surşcan və ya Sureşcan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,124 nəfər və 2,604 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.