Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qabarcıq sıralama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Sıralama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Təsadüfi sıralama
Təsadüfi nizamlama və ya Axmaq nizamlama - kompüter elmlərində yalnız təhsil(nümunə) məqsədilə istifadə olunan səmərəsiz nizamlama alqoritmidir. Bir dəstə oyun kartını bu alqortim ilə nizamlamaq istəndiyində, dəstənin sıralı olub olmadığına baxılar, əgər dəstə sıralı deyilsə havaya atılaraq yerə düşən kartlar yenidən toplanır. Bu əməliyyat kartlar sıralanana qədər davam edir.
Sürətli sıralama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. == İşləmə mexanizmi == Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Yırğalanma
Rəqs verilmiş sistemin hər hansı bir təsir sayəsində tarazlığının pozulması və onu əvvəlki vəziyyətə qayatrmağa məcbur edən qüvvə nəticəsində yaranan hal dəyişməsidir. Sistemin rəqsi iki enerji forması arasında çevrilməyə əsaslanır. Hal dəyişməsi periodik baş verə bilər. Bu zaman sistem sərt vaxt intervalında öz ilkin vəziyyətindən keçir. Yırğalanmaının başqa tərifi, fiziki hal parametrlərinin vaxtdan asılı olaraq təsvir edən funksiyadır. == Rəqsin növləri == Xassəsindən asılı oaraq müxtəlif yırğalanma növləri fərqləndirilirlər: Fiziki təbiətinə görə: mexaniki (səs, titrəmələr), elektromaqnit (işıq, radio dalğalar), yuxarıdakıların kombinasiyası, Təsir qüvvəsinə görə: məcburi, xarici qüvvələrin təsiri nəticəsində yaranır, sərbəst, heç bir xarici qüvvə təsir etmədən, ilkin qüvvənin təsirindən sonra öz-özünə həyacanlanır. == Rəqsin xassələri == Аmplituda A {\displaystyle A\,\!} (m) — yırğalanan ölçünün sistemin orta qiymətindən meyillənməsi. Sistemin halının dəyişdiyi hər hansı bir vaxt aralığına period deyilir. Vahid zamanda baş verən yırğalanamların sayına tezlik f {\displaystyle f\,\!} deyilir. O Hs (Hers, alman fizikinin şərəfinə) ilə ölçülür.
Xırdalama, qranulyasiya
Xırdalama, qranulyasiya (ing. granularity, rus. степень детализации) — verilmiş iş rejiminin məna dəyəri daşıyan müəyyən standart elementin ölçüsü ilə ifadə olunan xarakteristikası. Kompüter proseslərinin xırdalanması şəkərin, duzun, daşın xırdalanması kimidir: parçalar nə qədər böyük olarsa, qranulyasiya da o qədər kobud alınır. Bu termindən ekranın çözümlülüyünün təsvirində, verilənlər bazasına baxış və çeşidləmə meyarlarının təsvirində, eləcə də mikroprosessorun konkret əməliyyata, məsələn, fon rejimində çapa ayırdığı zaman intervalının təsvirində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Comon Sırğaları Muzeyi
Şinto Kəndi Sırğa Muzeyi (榛東村耳飾り館, Şinto-mura Mimikazarikan) – Yaponiyanın Qunma prefekturasının Şinto kəndində yerləşən muzey. Dünyada sırğaya həsr olunmuş yeganə muzeydir. == Tarixi == 1989–1990-cı illərdə Şinto Kəndi Təhsil Şurası tərəfindən Çino xarabalıqlarında qazıntı işləri aparmışdır. Tədqiqatlar zamanı ərazidən Comon dövrünə aid daş alətlər, dulusçuluq məmulatları, ayinlərdə istifadə olunmuş əşyalar tapılmışdır. Tapıntılar arasında sırğalar üstünlük təşkil etmiş, 577 sırğa tapılmışdır. Muzey qazıntı işlərinin nəticələrini göstərmək və sırğaları nümayiş etdirmək məqsədilə 1992-ci ildə yaradılmışdır. 2001-ci ildə muzeyin eksponatları Britaniya Muzeyindəki "Şinto" sərgisində nümayiş etdirilmişdir. == Ekspozisiya == Ekspozisiyanın əsasını Comon dövrünün sırğaları təşkil etsə də, burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş sırğalar da sərgilənir. Muzeyin kolleksiyasına 2000 sırğa daxildir və onların 1000-i sərgilənir. Muzeyin emalatxanasında maqatama və boyunbağı hazırlama vorkşopları keçirilir.