Sıxçiçək sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü.
Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.