Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maldarlıq
Heyvandarlıq — səmərələrindən faydalanan heyvanların daha qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. İnkişaf etməkdə olan ölkələrin çoxunda malçılıqda heyvan başına səmərə aşağıdır. Buna əks olaraq inkişaf etmiş ölkələrdə baxım, bəsləmə və islah mövzularındakı davamlı inkişaf sayəsində heyvan başına alınan səmərə davamlı artmaqdadır. Yetişdirmə işlərini 3 ana başlıq altında yığmaq mümkündür.
Şalvarsız metro gəzintisi
Şalvarsız metro gəzintisi (ing. No Pants Subway Ride) — Hər ilin yanvar ayında dünyanın bir sıra ölkələrində keçirilən fleşmob. İlk dəfə olaraq 2002-ci ildə ABŞ-da keçirilmişdir. 2015-ci ilin yanvar ayının 11-də bu fleşmob 14-cü dəfə qeyd olunub. Təkcə Nyu-Yorkda keçirilən aksiyada 4 mindən çox insan iştirak edib. Bu aksiyaya London, Berlin, Riqa, Pekin, Madrid, Sidney və digər meqapolis sakinləri də qoşulub. Fləşmob üzvləri yeraltı nəqliyyata – metroya şalvar və ətəksiz düşməlidir. Bununla yanaşı, iştirakçılar məsələn, kitab oxumaqla özlərini təbii aparmalıdırlar.
Salvartı
Salvartı dağı
Salvartı dağı
Salvartı dağı - Şahbuz rayonu silsiləsində dağ(hünd. 3161,8 m). Salvartı dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Şahbuz rayonunun Gömür kəndinin torpaqları ilə həmsərhəddir. Salvartı dağının dəniz səviyyəsindən hündürlüyü 3161,8 metrdir. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir çox rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Gömür kəndindən 7,5 km şərqdədir. Submeridional istiqamətli fay qırılması ilə nəzarət olunan Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamaclarında Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurları və Orta Pleystosen yaşlı flüvioqlasial törəmələr açılır.
Salvartı gölü
Salvartı gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində göl. Salvartı dağının yamacında, 2849 m hündürlükdədir. Sahəsi 3,2 ha, uzunluğu 280 m, ən geniş yerdə eni təqribən 200 m-dir. Müxtəlif mənbələrdən qidalanır. Göldən Salvartı çayı başlanır.
Salvartı çayı
Salvartıçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay (Abuzər) və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).