Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sopater (Apemeyalı)
Sopater Apemeyalı (yun. Σώπατρος ὁ Ἀπαμεύς ; ölümü BE 337), görkəmi sofist və neoplatonist filosof.
Səvarəq (Miyanə)
Səvarəq (fars. سورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (35 ailə).
Volkswagen Touareg
Volkswagen Touareg — Volkswagen şirkətinin orta ölçülü SUV sinfindən olan avtomobili. 2002-ci ildən istehslal olunur. Hazırda avtomobil Bratislavın Volkswagen zavodunda buraxılır. Touareg Volkswagen şirkətinin avtomobilləri arasında nahamar yollarda göstərdiyi xüsusiyyətlərinə görə Volkswagen 181 "Kurierwagen"-dən sonra ikinci yerdədir.
Harramiz Soares
Harramiz Quieta Ferreira Soares (3 avqust 1990, San Tome) — futbolçu. Daha çox Harramiz kimi tanınır. Portuqaliya klubu olan Faransenin futbolçusu. == Karyerası == Harramiz Soares 20 iyun 2021-ci ildə Neftçiyə transfer olundu.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sedrik Soareş
Sedrik Rikardo Alveş Soareş (31 avqust 1991-ci ildə anadan olub) — Sedrik (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈsɛdɾik]]]) kimi də tanınan, Premyer liqa təmsilçilərindən olan Sauthempton klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Sedrik karyerasına Sportinq CP klubunda start vermişdir. O, dörd Primeyra liqa mövsümü ərzində klub ilə ümumilikdə 94 oyuna çıxmış və iki qolla yadda qalmışdır. Sedrik 2015-ci ildə Sauthempton klubu ilə müqavilə imzalamışdır. Sedrik Portuqaliyanın gənclər milliləri ilə 72 oyuna çıxmışdır. O, Portuqaliya millisi ilə debütünü 2014-cü ildə etmişdir. Sedrik milli ilə UEFA Avro 2016-da iştirak etmiş və turnirin qalibi olmuşdur. == Klub karyerası == === Sportinq === Sedrik Almaniyanın Baden-Vürtemberq bölgəsinin Singen şəhərində Portuqaliyalı immiqrantların ailəsində anadan olmuşdur. Sedrikin iki yaşı olarkən valideynləri ölkəni tərk etmişdir. O, 1999-cu ildə səkkiz yaşı olarkən Sportinq de Portuqal klubunun akademiyasına qəbul olmuşdur.
Robert Spreq
Robert Spreq(ing. Robert C. Sprague; 2 avqust 1900, Nyu-York, Nyu-York ştatı – 27 sentyabr 1991, Massaçusets) — Frank Spreq və Harriet Spreqin oğludur. Spreq 1926-cı ildə Massaçusetsdə Spreq Elektrikin əsasını qoymuşdur. O, 1926–1953-cü illərdə şirkətin prezidenti kimi, 1953–1971-ci illərdə isə müdir vəzifəsində çalışıb. Robert Spreq radio üçün modulyasiya idarəetməsini və kağız kondensatorunu kəşf etmişdir. Spreq 1953-cü ildə Hərbi Hava Qüvvələrinə Nazir müavini qismində Prezident Eyzenhaver tərəfindən təyin olunub. Bir müddət sonra o, bu vəzifəni tərk etdi.
Soreq mağarası
Sorek mağarası və ya Avşalom mağarası (iv.מערת אבשלום) - İsraildə Ye'ela dağında 5,000 m² sahəyə sahin mağara. == Haqqında == Mağara 1968-ci ildə İsraildə Bet Şemeş şəhərinin 3 km şərqində yerləşən Hartuvda karxana işçiləri tərəfindən partlayıcı istifadə edildikdən sonra təsadüfən kəşf edildi. Mağara 83 m uzunluğunda, 60 m genişliyində və 15 m hündürlüyündədir. Mağara adını İsrail-Misir müharibəsində (1967-1970) öldürülmüş israilli əsgər Avşolam Şohamdan götürmüşdür. Avşalom mağarası kəşf edildikdən sonra müharibədə təbii sərvətləri zərər görməsi deyə bir neçə il mövcudluğu gizlədilmişdir. Mağaranın temperaturu il boyunca dəyişməz qalır. 1975-ci ildə bura Təbiət qoruğu elan edilmişdir. 2012-ci ildə mağarada yosunların bitməsinin qarşısını almaq üçün müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mağarada yerləşən bəzi stalaqmitlərin uzunluğu 4 metr və yaşı 300.000 ildir.