Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Midel-şpanqout
Midel-şpanqout — gəmiqayırmaya ya gəmiçiliyə aid bir termin. Gəmi lahiyəsində əsas nöqtələrdən biri olub, iki paralelin tən ortasından keçən peripendikulyar kəsik.
Ranqout
Ranqout (niderl. rondhout, hərfən yumru ağac) — yelkənlərin qaldırılması və açılması (dartılması) və işlək vəziyətdə saxlanılması üçün zəruri olan qurğuların ümumi adı. Qədim zamanlardan ranqout istisnasız olaraq ağacdan düzəldildiyinə görə, onun bütün hissəslərini adətə görə indi də ranqout ağacları adlandırırlar, baxmayaraq ki hal hazırda ranqoutun istehsalı üçün qeyri ağac materiallardan istifadə edirlər. Ranqoutlara aiddir: Dor - reylərin və takelajın bərkidilməsi üçün əsas olan şaquli (dik) dayanan ranqout ağacları. Stenqalar - dorların və stenqaların birləşdirildiyi yerdə marslar və salinqlər quraşdırılır. Reylər - düz yelkənlərin daşınması üçün, üfuqi ranqout ağacları. Yuxarı şkatorinlə reylərə bərkidilirlər. Rü (latın reyləri) -latın yelkəninin daşınması üçün nəzərdə tutulur. Qafel - ranqoutun başqa hissələri kimi, çəpinə yelkənlərin daşınması üçün nəzərdə tutulur, qafelin xüsusiyəti - bir göyərtənin traverzindən əks göyərtənin traverzinə azad yerdəyişmə imkanındadı. Qiklər - çəpinə yelkənlərin alt şkatorinlərinin dartılması(açılması) üçün nəzərdə tutulan ranqout ağacları, hərəkətli ya da bərkidilmiş ola bilərlər.