Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlikəmər (Nəmin)
Əlikəmər (fars. علي كمر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (13 ailə).
Əlisəmid Kür
Əlisəmid Kür — Azərbaycan şairi. == Həyatı == Əlisəmid Kür 2 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
Furkan Aldemir
Furkan Aldemir (türk. Furkan Aldemir, doğ. 9 avqust 1991-ci il, İzmir, Türkiyə) — türk peşəkar basketbolçusu. Basketbol üzrə Türkiyə çempionatında Darüşşafak klubunda oynayır. == Bioqrafiyası == Aldemir peşəkar karyerasına doğma İzmir klubu olan Karşiyakada başlamışdır. 2010-cu ilin iyulunda Furkan 20 yaşa qədər Avropa çempionatında Türkiyə millisinin şərəfini qorumuşdur. Turnirin nəticələrinə görə Furkan hər oyuna 11,6 xal toplayaraq yarışın ən yaxşılarından biri olmuşdur. Ancaq Türkiyə millisu 13-cü yerlə kifayətlənmişdir. 2011-ci ilin iyun ayında Galatasaray BK ilə 4 illik müqavilə imzaladı. Növbəti mövsümdə yenidən Avropa çempionatında (20 yaşa qədər).
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.