Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əncümənlər
Əncümən- Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu. Təbriz hadisələrinin şahidi, Məhəmməd Bağır Vicuei xəbər verir ki, Təbriz əncüməninə seçkilər, tacirlərdən, sənətkarlardan, zadəganlardan, ruhanilərdən, mülkədarlardan və əkinçilərdən, sentyabr-oktyabr aylarında keçirildi. Əncümənin tərkibinə , əsasən ruhanilərdən, tacirlərdən və mülkədarlardan 20 nəfər adam seçildi. Seçilmişlərin arasında Təbrizin baş müçtəhidi hacı Mirzə Həsən, mülkədarlar Nizam üd Dövlə, Bəsir əs Səltənə, Məlik üt Tuccar, tacir hacı Mirzə -Ağa Kuzəkünani və başqaları vardı. Əncümənin iclaslarında həmçin sənətkarların da nümayəndələri iştirak edirdilər.Əncümənin sədri hacı Nizam üd Dövlə seçilmişdir. Hətta 1907 ilin yayında şah hökuməti tərəfindən Azərbaycanın qeneral-qubernatoru seçilmiş, köhnə məktəbdən sayılan və enerjili inzibatçı olan Fərmanfərma, şəhərdə hakimiyətin tamamilə əncümənin əlində olması ilə barışmışdı;1907 ilin axırında, osmanlılara qarşı yürüş bəhanəsi ilə o Təbrizdən Savucbulaqa gedir, sonra isə Azərbaycan qeneral-qubernator vəzifəsindən istefa verir.(Səciyəvidir ki, osmanlılara qarşı yürüş üçün pulu Fərman-Fərma əncüməndən alır- bu əncümənin təsirinin gücünün göstəricisidir) 1906 ilin sonunda İsfahanda da əncümən təşkil olunur. O həftədə iki dəfə iclas edirdi və İsfahanın və İsfahan əyalətinin idarəsinin bütün işlərinə qarışırdı. 1907 ilin yanvarında, əhalinin müxtəlif təbəqələrindən olan, 30 nəfərdən ibarət əncümən Şirazda yaranır.1907 ilin əvvəlində Təbrizdən Tehrana gedən Təbriz məclisinin deputatalarının fəal iştirakı ilə Gilan əyalətinin mərkəzi Rəştdə əncümən yaradılır.