Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikomaxus (Gerasalı)
Gerasalı Nikomaxus (yun. Νικόμαχος ὁ Γερασένος, II yüzilliyin birinci yarısı) — Qədim Roma filosofu, yeni pifaqorçuluğun tanınmış nümayəndələrindən biri. == Arifmetik ilahiyyat == O, daha çox riyazi məsələlərlə məşğul olmuş, rəqəm düzənini ilahiləşdirmiş, ona ilahiyyat məzmununu qazandırmışdır. Onun əsərlərindən biri "Arifmetik ilahiyyat" (yun. Θεολογούμενα ἀριθμητικῆς) adlanır . Orada Nikomaxus ona qədər olan rəqəmlərin mistik mənalarını verirdi. Kitabın birinci hissəsində birdən dördə qədər olan, ikincisində isə qalan rəqəmlər haqqında düşünülür. Araşdırmaçılara görə, burada hər bir rəqəm əxlaqi, təbii və ilahi obrazlarla uyğunlaşdırılır, onların arasında qanunauyğunluqlar araşdırılırdı.Tanrı bir rəqəminə uyğundur, çünki ondan hər şey başlanır, həm də bir rəqəmi başqa rəqəmlərin əsasında durur. Ona görə də, ona uyğun olan Tanrı hər şeyin "əvvəli, ortası və sonudur". İki rəqəmindən başlayaraq çoxluq başlanır.
Əqrəbli (Sayınqala)
Əqrəbli (fars. عقربلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Aşıq İsgəndər Ağbabalı
Aşıq İsgəndər Ağbabalı (1925, Ellərkənd – 1992, Şəmkir) — Ağbabanın sonuncu azman aşığı. == Həyatı == Aşıq İsgəndər 1925-ci ildə Ağbaba bölgəsinin Ellərkənd kəndində, Bəxtiyar kişinin ailəsində dünyaya gəlmişdir.Aşıq İsgəndər Ağbabalı tanınmış güllüoğlular tayfasındandır. Bu tayfanın el şairləri (Qasım Əfəndi, Heydər Xoca, Güllüoğlu İsgəndər, Daşdan Daşdanov və b.) az deyil. İsgəndər hələ uşaq yaşlarından saza-sözə könül vermişdir. Bir gün Aşıq Nəsib Ellərkəndə gələndə onun sədasını eşidib İsgəndəri yanına çağırtdırır. Aşıq İsgəndər Ağbabalı bu hadisəni öz xatirəsində belə verir: "Qorxa-qorxa yanına getdim. Maa demişdilər. Aşıq Nəsif çox hersdi adamdı, elə buna görə də qorxurdum. Həyə, getdim yanına salam verdim. Salamımı alıf maa yer göstərdi: Otu.