Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ətyeməzli
Ətyeməzli, Atyeməzli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Atyeməzli Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Cox vaxt Ətyeməzli Şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd qeydə alınmışdır. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəlmişlər. Ətyeməzli kəndi — Kəbirli tayfasının Qərvəndli qolunun Ətyeməzli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Əsli Atyeməzlidir.