Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əttarlıq
Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.