Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abazinlər
Abazin, Abazalar və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة‎) — Abxaz və çərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, Misir və Rusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz Respublikasında və Stavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı.. Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi). Abazin xalqı abxaz və çərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır.
MLJ Magazines
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir."Archie Comics" nəşriyyatının personajları və süjetləri müxtəlif filmlərdə, televerilişlərdə, cizgi filmlərdə və video oyunlarda istifadə edilmişdir.
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.