Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abissiniya
Efiopiya (amh. ኢትዮጵያ — ʾĪtyōṗṗyā) və ya rəsmi adı ilə Efiopiya Federativ Demokratik Respublikası — Şərqi Afrikada dövlət. Efiopiya dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbə, ümumi sahəsi 1,100,100 kvadrat kilometr, əhalisinin sayı 109 milyon nəfərdən çoxdur. Efiopiya qədim islam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınmışdır. Bu ölkə Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olmuşdur. == Ümumi məlumat == Şərqi Afrikada dövlət. Qərbi Sudan və Cənubi Sudanla, c.-da Keniya, c.-ş. və ş.-də Somali, şm.-ş.-də Cibuti, şm.-da Eritreya ilə həmsərhəddir.
Abissin stefaniyası
Abissin stefaniyası (lat. Stephania abyssinica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.